Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
İdmançımızı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Qeyd edək ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov