Ağdam klubu “Bayer” - “Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.
“İki sahil” xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.
Biletin qiyməti 31 manat təşkil edir.
Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.
Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi