14 mart 2024 17:48
579

Müşfiq Məmmədli şəhid Zal Əliyevin ailəsini ziyarət edib

Milli Məclisin deputatı Müşfiq Məmmədli 1994-cü il Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Xızı rayonu Altıağac qəsəbəsindən olan Zal Dünyamalı oğlu Əliyevin ailəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, deputat şəhidin qızı Şəlalə xanımla onları narahat edən məsələlər barədə danışıb, gündəlik qayğılarını dinləyib. Qaldırılan problemlərlə bağlı aidiyyəti qurumlara müraciət edilməsi üçün lazımi qeydlər aparıldı.

Qeyd edək ki, şəhid Zal Dünyamalı oğlu Əliyev 1993-cü ildə könüllü olaraq döyüşlərə qatılıb. 1994-cü ilin aprelin 24-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə itgin düşmüşdü.