15 mart 2024 00:20
572

Hakan Fidan Azərbaycandadır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib.

Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir. (APA)