Türkiyənin “Eyupspor” klubunun baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, ölkəsinin 37 yaşlı əfsanəsi Azərbaycan çempionunun möhtəşəm mübarizə apardığını vurğulayıb.
O şəxsi hesabında bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ı təbrik edib: "Qarabağ". Möhtəşəm mübarizə. Təşəkkürlər, təbriklər".