Daxili xəstəliklər həkimi Dos. Dr. Mehmet Sami İslamoğlu imsakdan dərhal sonra yatmağın zərələrindən danışıb.

“İki sahil” “CNN-Türk”-ə istinadən xəbər verir ki, həkim-mütəxəssisin sözlərinə görə, imsakdan dərhal sonra yatdıqda reflüksün əsas simptomları baş verir. Yəni sinədə, mədədə yanma hissi yaranır və turşuluq artır. Bununla yanaşı, köp və şişkinlik də müşahidə olunur.

Dos. Dr. Mehmet Sami İslamoğlu Ramazan ayı ərzində yuxu sistemindəki dəyişiklik haqqında da məlumat verib. O bildirib ki, kifayət qədər keyfiyyətli yuxu oruc tutan şəxs üçün böyük əhəmiyyət kəsb edir. Çünki yuxusuzluq ruh düşkünlüyü və ümumi yorğunluq vəziyyəti yaradır. Yuxusuzluqla bağlı yaranacaq mənfi halların qarşısını almaq üçün günəş işığında gəzinti etmək, imsak və iftar menyusuna nəzarət etmək və yuxu-oyanma tarazlığını qorumaq lazımdır.
Nigar Orucova, “İki sahil”
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov
Peskov: "Sibirin Gücü-2" layihəsi üzrə Rusiya-Çin sazişinin təsdiqlənmə müddəti hələlik məlum deyil