15 mart 2024 17:12
503

Azərbaycanın quru sərhədlərinin bağlanması barədə qərara mən imza atmışam- Əli Əsədov

Baş nazir Əli Əsədov quru sərhədlərlə qərarın onun səlhiyyətində olduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Əli Əsədov sərhədlərin bağlı olmasının ÜDM artımına təsiri olmadığını deyib:

"2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Mən buna imza atmışam. Bu qanuna uyğun olaraq Baş nazir kimi səlahiyyətimdi".

O bildirib ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb.