Prezident İlham Əliyev hər il Qlobal Bakı Forumunun açılışında iştirak edir, bölgədəki vəziyyətlə bağlı öz fikirlərini bizimlə bölüşür. Biz onu görməkdən çox şad oluruq. Bu, çox vacibdir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Latviyanın sabiq Baş naziri, XI Qlobal Bakı Forumunun iştirakçısı Laimdota Straujuma deyib.
Foruma daha çox iştirakçının Türkiyədən qatıldığını deyən L.Straujuma Cənub, Şərq və Qərb arasındakı əlaqələrlə bağlı fikir mübadilələrinin çox əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, bu dəfə Baltikyanı ölkələrlə bağlı müzakirələr də çox maraqlı keçib.