Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
“İki sahil” xəbər verir ki, ölkəmizi sinxron proqramda təmsil edən Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl medal qazanıblar.
Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc mükafata sahib çıxıblar.
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi