17 mart 2024 22:47
454

Azərbaycan Prezidenti: Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir

Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında söyləyib.

“Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı əlavə edib.