FİFA prezidenti Canni İnfantino “Trabzonspor” – “Fənərbaxça” (2:3) matçında baş verən qalmaqallı hadisədən danışıb.
“İki sahil” xəbər verir ki, qurum prezidenti yaşanan hadisəni qəbuledilməz adlandırıb.
Canni İnfantio futbolçuların təhlükəsiz vəziyyətdə olmaqlarının vacibliyini vurğulayıb: “Trabzonspor” - “Fənərbaxça” matçından sonra baş verən zorakılıq qətiyyən qəbuledilməzdir. Belə şeylərin nə meydanda, nə idmanda, nə də, cəmiyyətimizdə yeri var. Aidiyyəti qurumları Trabzonda baş verən sarsıdıcı hadisənin səbəbkarlarını məsuliyyətə cəlb etməyə çağırıram”.
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi