18 mart 2024 15:18
379

Nazirlər Kabineti: İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək

İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə davam etdiriləcək.

“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinertinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində əksini tapıb.

Qeyd edək ki, 2022-ci il febralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalayıb.