Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, həmçinin "Əbədi məşəl" abidəsi önünə əkil qoyub.
Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.
Prezidentin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB