25 iyun 2026-ci il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş “Silahlı Qüvvələrimiz – Milli Qürurumuz” mövzusunda tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, N saylı hərbi hissənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, ərazi partiya təşkilat sədrləri, rayon təşkilatı aparatının əməkdaşları və fəalları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov məruzə edərək bildirib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik sahələrdən biri olub. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, milli birliyinin rəmzinə çevrilib. Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız dahi Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra respublikamızda bütün digər sahələrdə olduğu kimi, hərbi quruculuq istiqamətində də mütərəqqi inkişaf meyilləri formalaşdı. Onun səyləri nəticəsində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil almasına şərait yaradıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində yeni mərhələ başlandı. 1994-cü ildə Ermənistanla atəşkəsə nail olunması ilə paralel, ordunun nizami və peşəkar struktur əsasında təşkili prosesi başladı. Bu gün hər bir azərbaycanlı Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahidi olur. Müntəzəm olaraq Silahı Qüvvələrin hərbi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının, döyüş qabiliyyətinin artırılması və silahlanma istiqamətində köklü islahatlar aparılır. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu.
Tədbirdə çixiş edən N saylı hərbi hissənin zabiti, kapitan Hüseyn Oruczadə, şəhid anaları Simuzər Bağıyeva, Kifayət Məmmədova, Yeganə Ədilova, ərazi partiya təşkilat sədri, ehtiyatda olan mayor Əli Abdurahmanov, ehtiyatda olan zabit Azad Cəfərov “26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə təbriklərini çatdıraraq, bildiriblər ki, Azərbaycan Ordusu peşəkarlığı, yüksək döyüş hazırlığı və müasir imkanları ilə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Ordumuzun qazandığı uğurlar hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı ilə mübarizə aparan, vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur. Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. Natiqlər vətənimizin keşiyində dayanan hər bir hərbçiyə möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzu etdilər.
Çimərlik təhlükəsizliyində əsas hədəf risklərin əvvəlcədən qarşısının alınmasıdır
“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO