Mavi İqtisadiyyat nədir?
Davamlılıq dünyasının Steve Jobsu hesab edilən iqtisadçı Gunter Pauli tərəfindən irəli sürülən Mavi İqtisadiyyat konsepsiyasının əsasları 1994-cü ilə təsadüf edir. Pauli 200-ə yaxın nümunə araşdırması vasitəsilə qlobal iqtisadiyyatda güclü rəqib olmağı sınaqdan keçirərkən, okeanlardan və dənizlərdən daha yaxşı istifadə edərək həm ekoloji cəhətdən təmiz, həm də iqtisadiyyat sahəsində qabaqcıl olmağın yollarını axtarırdı. ZERI (Zero Emissions Research and Initiatives) adlı sıfır emissiya tədqiqat təşəbbüsü ilə o, nəinki daha yüksək mənfəət gəlirləri, həm də çoxsaylı faydalar təmin etməklə istehsalçılara ən yaxşısını daha aşağı qiymətə təklif etməyi hədəfləyən biznes plan fəlsəfəsini hazırlamağa başladı. Bu təşəbbüsün arxasında duran fəlsəfə uzun illər üzərində işlənəcək bir inkişaf layihəsinə çevriləcəkdi.

Mavi İqtisadiyyat ilk dəfə Kyoto Protokolunun qərarlaşdırıldığı COP3-də ZERI çərçivəsində təqdim edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı tərəfindən çoxsaylı araşdırmalar nəticəsində inkişaf etdirilmiş və 2012-ci ildə Qətərin paytaxtı Dohada keçirilən İqlim Dəyişikliyi Sammitində dünyaya elan edilmişdir. Müvafiq olaraq, dünya səthinin 70 faizini əhatə edən su ehtiyatlarının potensialından daha yaxşı istifadənin davamlı inkişaf üçün çox böyük əhəmiyyət kəsb etdiyi qənaətinə gəlinib və planet üçün yeni çıxış yolu kimi Mavi İqtisadiyyat təqdim edilib.
Su ehtiyatları niyə vacibdir?
Uzun illər sırf temperatur fərqlərinə və atmosferdə baş verənlərə əsaslanan iqlim dəyişikliyi ilə bağlı müzakirələr, nəhayət, aparılan araşdırmalar sayəsində dar düşüncəli bir yanaşma olmaqdan çıxdı. Alimlərin okeanların planetin istiliyini yenidən bölüşdürərək temperatur fərqini tarazlayan yeganə dövriyyə sistemi olduğunu xatırlatması ilə ortaya çıxan mavi iqtisadiyyatın su ehtiyatlarının daha ədalətli və davamlı birolaraq planet üçün həyati əhəmiyyət daşıdığını bildirir.

Deyə bilərik ki, bu həyati əhəmiyyət su ehtiyatlarının dünyaya verdiyi aşağıdakı faydalardan irəli gəlir:
- Dünyanın 70 faizini əhatə edən dənizlər və okeanlar bütün canlıların ehtiyac duyduğu oksigenin yarısını istehsal edir.
- Okeanlar insan fəaliyyəti nəticəsində atmosferə buraxılan karbon qazının 25 faizindən çoxunu saxlayır.
- Balıqçılıq və akvakultura hər il təxminən 60 milyon iş yeri yaradır.
- Limanlar və gəmi istehsalı ilə logistika sahəsində məşğulluq təmin etməklə yanaşı, turizm sahəsinə də xidmət edir.
- Dünya əhalisinin yarısını qida mənbəyi ilə təmin edir.
- Dalğalar və dəniz küləklərindən istifadə edərək hasil etdiyi hidrokinetik enerjisi ilə ekoloji cəhətdən təmiz enerji mənbəyi təmin edir.
Mavi İqtisadiyyat hansı faydaları təmin edəcək?
Dünyanın hər bir ölkəsi iqtisadi artım, həyat şəraitinin yaxşılaşdırılması və məşğulluq imkanlarının yaxşılaşdırılması axtarışında olduğu halda, mavi iqtisadiyyat buna daha geniş prizmadan baxır və təbii ehtiyatların potensialını qorumaq və onlardan düzgün istifadə etməklə həll yoluna gələ biləcəyimizi deyir. Planetimizdəki biomüxtəlifliyin təqribən 80 faizinə ev sahibliyi edən okeanların təbii karbon yuvası kimi iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasında kritik əhəmiyyəti vurğulanır.

Dünyanın ən böyük ekosistemi olan dənizlərin və okeanların davamlılığını təmin edəcək bütün iqtisadi fəaliyyətləri və yanaşmaları və əlaqəli siyasətləri əhatə edən mavi iqtisadiyyat modeli hər gün görülən işlərlə genişləndirilərək 2030-cu il üçün xüsusi hədəflərlə irəliləməyə davam edir.
Dünya necə ehtiyyat tədbirləri görür?
Mavi iqtisadiyyat konsepsiyasını ilk qəbul edənlər arasında Avropa İttifaqı ölkələri okean enerjisi texnologiyası üzrə liderdirlər. 2050-ci ilə qədər elektrik enerjisinin 35 faizini su ehtiyatlarından istehsal etməyə yönəlmiş Aİ ölkələri ekosistemin sağlamlığı və çirklənmə tədbirləri, eləcə də davamlı balıqçılıq səyləri ilə bağlı qabaqcıl üsullar inkişaf etdirir. 2030-cu ilə qədər dənizin qorunan ərazilərini mövcud 11 faizdən 30 faizə yüksəltməyi hədəfləyən Avropa İttifaqı, həmçinin Birləşmiş Millətlər Təşkilatı da okeanları, dənizləri və dəniz sərvətlərini qorunmaq və davamlı şəkildə istifadəsi üçün təyin etdiyi 14 saylı “Suda həyat" Dayanıqlı İnkişaf Məqsədini müəyyən etmişdir.

Türkiyə Aralıq dənizinin mavi iqtisadiyyatının qabaqcıllarındandır
Mavi İqtisadiyyat baxımından geosiyasi mövqeyi ilə Aralıq dənizi ölkələri arasında əhəmiyyətli yerə sahib olan Türkiyə, innovativ texnologiyalar və maarifləndirmə fəaliyyətləri ilə də öz kursunu müəyyən edir. Son 30 ildə su sənayesi sektorunu 10-15 faiz genişləndirən, Çin və Hindistandan sonra dünyada üçüncü yerdə qərarlaşan Türkiyə Limanlara və gəmiqayırma zavodlarına əlavə olaraq həmçinin yaxta turizminə sərmayə qoyub və turizm gəlirinin 20 faizini dəniz sahillərindən əldə edib. Bu iqtisadi addımlara əlavə olaraq, çoxsaylı kampaniyalar və maarifləndirmə araşdırmaları vasitəsilə iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri haqqında sosial məlumatlılığın artırılması üçün səylər göstərilir.
“SOCAR Türkiyə”nin mavi iqtisadiyyat fəaliyyətləri hansılardır?
“SOCAR Türkiyə” Türkiyədə ekoloji maarifləndirmə və davamlı bir dünya üçün həyata keçirdiyi könüllü fəaliyyətlərlə seçilir və mavi iqtisadiyyat sahəsindəki işləri ilə fərq yaradır. 2023-cü ildə Bursa Böyükşəhər Bələdiyyəsi ilə koordinasiyalı təşkil olunan tədbirlə Mərmərə dənizinin dəniz tüpürcək probleminə qarşı təmizlik işlərinə dəstək verib. “SOCAR Türkiyə”nin əməkdaşlarından ibarət və uzun illər öz fəaliyyətləri ilə dəniz təmizləmə sahəsində təcrübəli olan “SOCAR Türkiyə” könüllülərinin “Bursagaz” ətraf mühit qrupu tərəfindən həyata keçirilən layihə bölgənin ekosistemində fərq yaradan bir hadisəyə imza atıblar. Qrup selik səbəbiylə görmə qabiliyyətinin maksimum 1 metr olduğu Mərmərə dənizində 18 metr dərinliyə dalğıcla su altında dərin təmizlik işləri aparıb, Bursa Böyükşəhər Bələdiyyəsinin selikli müdaxilə vasitəsi ilə su səthini tullantı və zibildən təmizləyib.

“SOCAR Türkiyə”nin təbii sərvətlərin mühafizəsi istiqamətində gördüyü işlərlə qardaş ölkədə xüsusi yeri var. Qardaş ölkənin mavi iqtisadiyyatına töhfə verəcək layihələri ilə bu sahədə liderliyini qorumağa davam edir. “SOCAR Türkiyə” könüllüləri cəmiyyət və təbiət qarşısında öhdəliklərini dərk edərək və təmiz gələcəyə olan güclü inamı ilə fəaliyyət göstərdiyi bölgələrdən başlayaraq bütün dünyada davamlı inkişafı təşviq etmək üçün sosial, iqtisadi və ətraf mühitə təsirlərini səmərəli şəkildə idarə etməyə diqqət yetirirlər. Bu günün enerjisi ilə daha yaxşı sabahlar üçün çalışırlar.
Orxan Vahidoğlu, "İki sahil"