04 iyul 2026 12:00
89

"Azərişıq" 8,4 milyon manat xalis mənfəət əldə edib

"Azərişıq" ASC ötən ili 8,372 milyon manat dəyərində xalis mənfəətlə başa vurub.

“İki sahil” ASC-nin "KPMG Audit Azərbaycan" MMC tərəfindən aparılan maliyyə yoxlamalarının nəticələrinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 46,2 % azdır.

Keçən il "Azərişığ"ın gəlirləri 1 milyard 958,635 milyon manat (14,5 % çox), satışın maya dəyəri 1 milyard 734,822 milyon manat (17,9 % çox), sair gəlirləri 32,2 milyon manat (52,4 % çox), mənfəət vergisi ödəmələri isə 8,484 milyon manat (46 % az) təşkil edib.

"Azərişığ"ın xalis maliyyə xərcləri 25,222 milyon manat (6,7 % az), paylama xərcləri 63,781 milyon manat (6,1 % çox), inzibati xərcləri 127,749 milyon manat (14,6 % çox), sair xərcləri 15,854 milyon manat (42,3 % az), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 6,551 milyon manat (2,2 dəfə çox) olub.

Bu il yanvarın 1-nə səhmdar cəmiyyətin aktivləri 3 milyard 860,850 milyon manat olub və bu da illik müqayisədə 6,6 % çoxdur. Hesabat dövrünə səhmdar cəmiyyətin öhdəlikləri 5,1 % artaraq 884,532 milyon manata, balans kapitalı isə 7,1 % artaraq 2 milyard 976,318 milyon manata çatıb.

"Azərişıq" Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır. Həmin sərəncamla qurumun fəaliyyət dairəsi paytaxtdan bütün ölkəyə (Naxçıvan istisna olmaqla) genişləndirilib.