Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 74 min 139 tondan çox neft koksu istehsal edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verib.
Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə 13 min 688 ton və ya 22,6 % çoxdur.
Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 149 min 704 tondan çox neft koksu istehsal edilib. Bu, 2025-ci ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 27 min 307 ton və 22,3 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.
"Binance" vəsaitlərin çıxarılmasına dair bütün məhdudiyyətləri aradan qaldıracaq
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir