Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Mədəniyyət işçiləri və Zağalı ərazi partiya təşkilatlarında yeni sədrlərin və sədr müavininin seçilməsi üçün yığıncaq keçirilib.
Həmin ərazi partiya təşkilatlarına sədrlik edən İsax Məmmədov və Asəf Məmmədov ərazidən köçüb getdiklərinə görə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Nailə Məmmədova Mədəniyyət işçiləri, Babək Qasımlı isə Zağalı ərazi partiya təşkilatının sədri seçilib.
Hər iki yığıncaqda çıxış edənlər cari ildə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının möhtəşəm Qələbəsindən söhbət açıblar. Əmin olduqlarını bildiriblər ki, əvvəl olduğu kimi budan sonra da Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqın etimadını layiqincə doğruldacaqdır.
Yığıncaqlarda YAP sıralarına yeni qəbul olunan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Həmçinin partiya sıralarına qəbul olunmaq istəyənlərin ərizələri müzakirə olunub.
Cavid Əkbərov, "İki sahil"