Ulduz futbolçu Aleksandr Zinçenko Vətəni Ukrayna üçün orduya gedə bilər.
“İki sahil” xəbər verir ki, "Arsenal"ın ukraynalı ulduzu Oleksandr Zinçenko ordu sıralarına çağırılacağı təqdirdə ölkəsi üçün döyüşə biləcəyini açıqlayıb.

Ulduz futbolçu məsələ ilə bağlı bunları deyib:
“Əgər çağrılsam, döyüşə gedə bilərəm. Bir müddət əvvəl eyni məktəbdə oxuduğum dostlarım hazırda müharibədədirlər. Düzünü desəm, bunu qəbul etmək çox çətindir, amma bu belədir”.
O, ukraynalı olduğu ilə fəxr etdiyini deyib: “Bu müharibənin çox tez, lap tez bitəcəyinə dair bir xəyalım var və biz Ukraynamızı həqiqətən istədiyimiz kimi bərpa edəcəyik”.
Xatırladaq ki, 27 yaşlı futbolçu 2021-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsindən sonra ölkəsindəki insanlara kömək etmək məqsədilə təxminən 1 milyon funt sterlinq yardım edib.