Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.
S.Kərimli dünyada baş verən hadisələrin Cənubi Qafaqaza təsirindən də danışıb.
"Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Biz regiondakı ölkələrin bir-biri ilə mehriban qonşu sistemində yaşamasını istəyirik. Lakin bəziləri regionda vəziyyətin gərginlikdə saxlanılmasını istəyirlər. Həmin qüvvələr nəyin bahasına olursa-olsun Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışır", - deyə S.Kərimli əlavə edib.
Verlişin tam versiyasını təqdim edirik:
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur