01 may 2024 15:23
514

Kəlbəcərdə yük maşını aşdı - Sürücü öldü

Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.

“İki sahil” xəbər verir ki, sürücü həyatını itirib. 1989-cu il təvəllüdlü Türkiyə vətəndaşı Uysal Emrah hadisə yerində dünyasın dəyişib.

Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.