03 may 2024 14:10
393

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil”in məlumatına görə, Kəlbəcər rayonu ərazisində "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.