Bu ilin yanvar-mart aylarında Azərbaycanda təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatda deyilir.
Təbii qaz istehlakı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 794 min kubmetr və ya 3,6 % artıb.
Qeyd edək ki, ötən ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr təşkil edib
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub