Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək.
“İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, mayın 17-də saat 11:00-da Horadiz şəhəri, Heydər Əliyev prospekti, Muğam Mərkəzində Füzuli, Beyləqan, Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
“Azəriqaz”a vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 026-315-57-66; 050-845-74-17) müraciət edə bilərlər.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub