Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şirkətin baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası keçirilib.
“İki sahil”in SOCAR-a istinadən verdiyi məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.
Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan çox, cari ildə isə 31 642 ağac, gül və gül kolları əkilib.
Media nümayəndələri SOCAR-ın emal-kimya sənayesi üzrə fəaliyyəti barədə məlumatlandırılıblar
SOCAR-ın prezidenti İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri ilə görüşüb