“Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər. Guya bunlara işgəncə verirlər, ona görə bu mitinq keçirilib”.
“İki sahil”in xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu yolla xaricdən sığınacaq almağa çalışırlar: “Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir”.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik