Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 793,463 milyon manat təşkil edib.
"İki sahil" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 12,7 % çoxdur.
AMB-nin aktivlərinin 27 milyard 046,827 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629,471 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az), 1 milyard 208,132 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (1 % çox) təşkil edib.
2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239,248 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 17,7 % artaraq 17 milyard 318,195 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521,107 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759,175 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 1 % artaraq 1 milyard 211,857 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 58,5 % artaraq 1 milyard 554,215 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb