Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 221,6 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 8 % çoxdur.
Bankların aktivlərinin 23 milyard 225,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 21,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42 %-dən 47,2 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,9 % artaraq 42 milyard 897,7 milyon manata, o cümlədən depozit portfeli 9,25 % artaraq 35 milyard 361,1 milyon manata çatıb. Bunun 13 milyard 210,4 milyon manatı fiziki, 22 milyard 150,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,5 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,5 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 56,6 % azalaraq 47,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 8,8 % artaraq 6 milyard 323,9 milyon manat təşkil edib.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb