Hazırda Azərbaycanda daşınmaz əmlakların sığortalanması ilə bağlı vəziyyət ürəkaçan deyil.
“İki sahil” xəbər verir ki, bunu icbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
"Hər 10 əmlakdan biri icbari sığortalanıb. Bu qətiyyən yaxşı hal deyil. Ölkədə katastrofik risk çıxarsa, dövlət büdcəsinə, ölkə maliyyəsinə ciddi ziyan dəyəcək. Potensial riskin hesablanması isə bu gün mümkün deyil. Risk hesablanması üçün yeni sığorta modeli hazırlanmalıdır. Risk müəyyən edilir və onun ortaya qoya biləcəyi iqtisadi dağıntının ehtimalları öyrənilir. Daha sonra buna müvafiq sığorta modeli tətbiq edilir", - deyə o qeyd edib.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb