25 may 2024 11:00
387

Güclü külək Gəncədə fəsadlar törədib

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

“İki sahil” xəbər verir ki, bu gün səhər saatlarından başlayan güclü külək şəhərin S.Rəhimov küçəsində iri gövdəli ağacı yola aşırıb. Bundan başqa, bir neçə yerdə ağaclar qırılıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.