Milli Kitabxanada bəstəkar-musiqişünas, professor Gülnaz Abutalıb qızı Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“İki sahil” xəbər verir ki, kitabxanadan bildirilib ki, sərgidə bəstəkarın “Ön söz” müəllifi, redaktoru olduğu, rəyçi, layihə rəhbəri, məsləhətçisi, monoqrafiyaları, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus dilində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Gülnaz Abdullazadə Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. O, “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” (1983), “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985), “Musiqi, insan, cəmiyyət” (1991), “Azərbaycan fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (1996), “Hegelin musiqi estetikası” (1999) və s. monoqrafiyalarını yazarkən bütövlükdə muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanıb.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib