Sumqayıt şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli evin yaxınlığında sahəsi 100 m² olan birmərtəbəli yay mətbəxində 2 p.m mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Mətbəxin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR