26 may 2024 07:43
406

“Security Operation Services” (SOS) iməclik keçirib - FOTO

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq “Security Operation Services”  (SOS) MMC tərəfindən iməclik keçirilib.

“İki sahil” xəbər verir ki, iməclikdə “Security Operation Services” (SOS) MMC-nin rəhbəri Anar Məmmədov və şirkətin əməkdaşları könüllü olaraq iştirak edib.

Şirkət idarəsinə gələn yolun sağ və sol tərəfləri eyni zamanda inzibati binanın həyətində təmizlik işləri görülüb.

“Security Operation Services”  (SOS) MMC-nin rəhbəri Anar Məmmədov  açıqlamasında bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  ənənəvi iməclik hər şənbə günləri təkrarlanacaq:

“2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində müvafiq əmr hazırlanıb. Hər həftə keçirilən iclasda xüsusi tapşırıqlar verilir. Əməkdaşlarımız könüllü və yüksək əhval ruhiyyə ilə iməcliklərdə iştirak edirlər”.

Qeyd edək ki, ətraf mühitin mühafisəzi “Security Operation Services”  (SOS) MMC tərəfindən daima diqqətdə saxlanılıb.