Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
“İki sahil” xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində Sərəncam ümumilikdə 8 nəfərə şamil olunub. Onlardan 3 məhkum azadlığa buraxılıb, 5 məhkumun isə cəzası azaldılıb.
Tədbir İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iştirakı ilə keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR