26 may 2024 14:47
461

DİM: 5 nəfər imtahandan xaric olunub

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.