Bu gün tarixi bir hadisədir ki, vəkilliyə qəbul imtahanında 600 namizəd imtahan verib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov jurnalistlərə müsahibəsində söyləyib.
Turqay Hüseynov deyib: “600 nəfər namizədin imtahan verməsi ilə növbəti mərhələyə keçən şəxslər müəyyən ediləcək. Bu imtahan 3 mərhələdən ibarətdir. Bu gün imtahanın birinci mərhələsi keçirilir. İkinci mərhələ şifahi, üçüncü mərhələ isə tədris ilə bağlıdır. Bu il şifahi imtahanda müəyyən dəyişikliklər həyata keçirilib. Fərqli yanaşma ilə namizədlərin bilik səviyyəsini, dünyagörüşlərini və hüquq sahəsində məntiqi yanaşma ilə peşəkarlığını müəyyənləşdiririk. Üç meyarın müəyyənləşdirilməsi ilə namizədlərin peşəyə yararlı olub-olmaması bizə kömək edir. Üçüncü mərhələ tədris ilə bağlıdır. Bu mərhələ Ədliyyə Akademiyası ilə birgə həyata keçirilir. Üçüncü mərhələ namizədin peşə səviyyəsini öyrənmək baxımından vacibdir. Əsas məqsədimiz odur ki, gələcəkdə hüquqi yardıma ehtiyac olan vətəndaşlara peşəkar hüquqşünaslarımız xidmət göstərsinlər”.
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR