28 may 2024 10:55
271

Pakistan XİN Azərbaycanı təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq", - deyə paylaşımda qeyd olunub.