28 may 2024 13:37
316

XİN: Beynəlxalq ictimaiyyət Azərbaycandakı mina təhlükəsi ilə bağlı səylərini səfərbər etməlidir

Azərbaycan XİN Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN "X" hesabında məlumat yayıb.

"Ermənistanın yerləşdirdiyi minalar bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. Bu gün, Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!"