28 may 2024 14:11
397

Bu ərazidə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar 28-29 may  2024-cü il tarixlərində  Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən "İki sahil"ə bildiriblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bununla əlaqədar abonentlərdən üzr istəyir.