Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissədə yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın hadisəsi baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.
Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib