OPEC+ sazişində iştirak edən ölkələrin nazirləri müqavilənin müddətini 2025-ci il üçün uzadmağı razılaşdırıblar.
“İki sahil” xəbər verir ki, TASS-ın hesablamalarına görə, gələn il alyans ölkələri tərəfindən icazə verilən neft hasilatının səviyyəsi sutkada 400 min barel artacaq.
OPEC+ həmçinin ittifaq ölkələrinin istehsal gücünün qiymətləndirilməsi məqsədi ilə üç müstəqil mənbə üçün son müddəti 2025-ci ilin noyabrına qədər uzadıb. Bu məlumatlar əsasında 2026-cı il üçün kvotalar müəyyən ediləcək.
OPEC+-ın növbəti iclası dekabrın 1-nə planlaşdırılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”