İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin təşkilatçılığı və Mərakeş Skaut Təşkilatının dəstəyi ilə Rabat şəhərində uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin ilk hissəsində çıxışlar edilib, uşaqların ünvanına təbriklər səsləndirilib.
Sonra uşaqlara vizual təqdimat vasitəsilə uşaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib.
Bayram tədbirində 50-dən artıq mərakeşkli uşaq iştirak edib.
Daha sonra uşaqlar üçün əyləncəli rəqs proqramı təşkil edilib və yemək süfrəsi açılıb. Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub