03 iyun 2024 15:19
275

Azərbaycanda pul bazası 15 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda pul bazası 19 milyard 948 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,45 % azalıb, son 1 ildə isə 15 % artıb.