03 iyun 2024 18:31
383

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Bakı Dövlət Universiteti (BDU) artıq kifayət qədər investisiya cəlb etmiş ali təhsil müəssisəsidir.

“İki sahil” xəbər verir ki, bu sözləri universitetinin rektoru Elçin Babayev Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda deyib.

O diqqətə çatdırıb ki, Bakı Dövlət Universitetində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılmasından sonra ali təhsil ocağı gəlir əldə etməyə başlayıb.

Onun sözlərinə görə, universitet indi böyük strukturlarla, şirkətlərlə əməkdaşlıq edir: "Hesab edirəm ki, tələbələrimiz üçün əlverişli mühit yaratmalıyıq. Biz sahibkarlıq, startaplar, investisiya qoyuluşu ilə bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik".