10 iyun 2024 09:31
361

Bakıda iki yaşlı körpə faciəli şəkildə öldü

Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsində yıxılaraq KIA markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.