10 iyun 2024 12:26
380

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Şuşada səfərdə olublar - FOTO

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdə olublar.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Şuşa şəhəri ilə tanışlıq olub.

Onlara Xurşid Banu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzü barədə məlumat verilib. Həmçinin, Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında da danışılıb.

Şuşa şəhəri ilə tanışlıq səfər iştirakçılarında yüksək təəssüratlar yaradıb. Bir daha Ümummilli Lider Heydər Əliyevin Qarabağ, Şərqi Zəngəzur, o cümlədən Şuşa vəsiyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılmasının əyani şahidi olublar.