10 iyun 2024 14:53
288

Azərbaycanda vəkilin kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət edilib

Azərbaycanda vəkilin kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından bildirilib.

Qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlunun Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə etdiyinə görə fəaliyyətinin 1 aylıq dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Məlumata əsasən, Vəkillər Kollegiyasına Ə.Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.