10 iyun 2024 19:25
368

Yevlaxda 24 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.