11 iyun 2024 10:36
246

Ötən gün 21 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 21,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilən 31 çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.