12 iyun 2024 09:17
281

31 yaşlı qadını avtomobil vurub 

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mustafayeva Elsanə Ənədulla qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.